6 AXCP fəalı saxlanılıb

Müxalifətin 7 oktyabr mitinqində saxlanılan altı nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı inzibati həbsə məruz qalıb. AXCP-də bu həbsləri siyasi motivli hesab edirlər.

AXCP Ali Məclisinin sədr müavini İradı Nəriman Amerikanın Səsinə bildirib ki, partiya fəalları 10 sutkadan 30 sutkayadək inzibati qaydada həbs edilib.

“AXCP Sumqayıt şəhər təşkilatının üzvü Cabbar Savalanlı 10, digər fəallar Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm Rzayev 25, Füzuli Hüseynov 30 sutka həbs edilib”, o qeyd edib.

Fəalların günahının konkret nədən ibarət olması hələlik məlum deyil.

Həbslər barədə qərardan şikayət veriləcək. Həbs olunanların hüquqlarını vəkil Əsabəli Mustafayev müdafiə edəcək.

Oktyabrın 7-də “Korrupsiyaya yox, siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirilən mitinqi Demokratik Qüvvələrin Milli Şurası təşkil edib.

Mitinqdə AXCP sədri Əli Kərimli mitinqdə çıxıçında son iki mitinqə hazırlıq zamanı 16 nəfər fəalın saxlanıldığı, 200 nəfər fəalın isə hüquq mühafizə orqanları tərəfindən xəbərdarlıq edildiyini bildirib.

Hüquq mühafizə orqanları AXCP sədrini dediklərinə və saxlanılanlarla bağlı məlumatlara münasibət bildirməyib. Bakı şəhər Baş Polis İdarəsi mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarılının qeydə alınmadığı barədə məlumat yayıb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: