Arif Hacılı və İsa Qəmbər beynəlxalq tədbirə dəvət edildi

Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər beynəlxalq tədbirə dəvət ediliblər.

Müsavatın mətbuat xidmətindən verilən məlumata görə, tədbir oktyabrın 13-14-də Tbilisidə keçiriləcək.

Polşa Xarici İşlər Nazirliyinin dəstəyi və Müstəqillik Fondunun təşkilatçılığı ilə planlaşdırılan tədbirlər silsiləsi Rusiya imperiyasının çöküşünün və müstəqil dövlətlərin yaranmasının 100 illiyinə həsr edilib.

Bu silsilədən ilk toplantı Kiyevdə keçirilib, son toplantı isə Varşavada olacaq. Tbilsidə keçiriləcək konfransda Polşa və Qafqaz ölkələrindən ictimai-siyasi xadimlərin, xalqların istiqlal mübarizəsinin təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: