Azərbaycanda dəhşətli hadisə: 4 nəfər həlak oldu

 

Sabirabadda yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərirlər.

Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.     

Ölənlərin kimliyi dəqiqləşdirilir.  

 

 

%d bloqqer bunu bəyənir: