Müsavat başqanı Misir Məhəmmədoğlunu təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın Məclis üzvü Misir Məhəmməd oğlunu 50 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

misir 2“Hörmətli Misir bəy! Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz Milli Azadlıq Hərakatının iştirakçısı kimi Azərbaycanın istiqlalı və azadlığı, eyni zamanda ölkənin ərazi bütövlüyü uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri olmusunuz. Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda mübarizədə fəal iştirak etmisiniz. Siz uzun müddət Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü, sədr müavini kimi rayon təşkilatının səmərəli fəaliyyəti üçün çalışmısınız. Hal-hazırda isə partiyanın Məclis üzvü və kimi təşkilatımızın güclənməsində qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində ciddi işlər görürsünüz. Əqidəyə sədaqətiniz, prinsipiallığınız və işgüzarlığınız, işinizə vicdanlı münasibətiniz, eyni zamanda fəal həyat mövqeyiniz Sizə böyük nüfuz qazandırıb.

Əminəm ki, bizim Sizinlə qürur duyduğumuz kimi övladlarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs, Sizinlə daim qürur duyacaq.

Hörmətli Misir bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”

%d bloqqer bunu bəyənir: