Müsavat yürüş hazırlıqlarına başladı
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasın əvvəlində dünyasını dəyişmiş Müsavat Məclisinin üzvü professor Rafiq bəy İsmayılın xatirəsi yad edilib.
İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.
Müsavat Partiyasının başqanı Arif Hacılı və bir qrup partiya üzvü Xaçmazda Məclis üzvü Könül Turan Türkün vəfatının ildönümü ilə bağlı məzarını ziyarət ediblər.
Başqan A.Hacılı Almaniya və Azərbaycan diplomatik münasibətlərinin 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə iştirakı ilə bağlı Divanı məlumatlandırıb.
Divan oktyabrın 17-də Azərbaycanın Müstəqillik Aktının qəbul olunmasının ildönümü ilə əlaqədar tədbirin keçirilməsini müzakirə edib, eyni zamanda oktyabrın 18-də saat 12:00-da Fəxri Xiyabanda Azərbaycan Xalq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi qərara alınıb.
Divan oktyabrın 21-də saat 15:00-a təyin olunmuş yürüşlə bağlı müzakirələr aparıb, müvafiq tapşırıqlar verilib.
İclasda rayon təşkilatlarında keçiriləcək konfranslarla bağlı məsələ müzakirə olunub.
Divan ictimai-siyasi məsələlərin müzakirəsində dünyada və ölkədə gedən proseslərə münasibət bildirib.
Bastainfo.com