Türkiyənin hərbi maşınları Suriyanın İdlib vilayətinə girib

Türkiyənin hərbi maşınları Suriyanın İdlib vilayətinə girib. Zirehli maşınlar Təhrir Əl-Şəm alyansının müşayiəti ilə regiona daxil olub.

Türkiyə prezidenti Rəzəb Tayyib ərdoğan dünən bildirib ki, Suriyanın rəqib qüvvələri Türkiyənin yardımı ilə ərazidə əməliyyatlar həyata keçirəcək.

Müharibə monitorinqi qrupu türkiyə qüvvələri ilə cihadçılar arasında qarşıdurma olduğunu xəbər verir.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu qarşıdurmanın Kəfr Lusin bölgəsində qyedə alındığını bildirib.

Bütün bunlar Türkitə ilə Suriya prezidentinin müttəfiqi Rusiya və İran arasında İdlibdə de-eskalasiya zonasının tətbqindən sonra baş verir.

Təhrir Əl-Şəm gələn ilədək Əl-Qaidənin cinahı olan Nusra Cəbhəsinin qolu idi. Bu qrup adını dəyişərək, Üsama Bin Ladenin təsis etdiyi qlobal hərəkatdan ayrılıb.

%d bloqqer bunu bəyənir: