Polis əməkdaşı intihar etdi – Qan donduran təfərrüatlar

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

Dörd uşaq atası olan Həsrət Əliyevin intihar etməsi məlum olub.

Məlumatda bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.

İntihar edən polis əməkdaşı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Əliyev Həsrət Fəxrəddin oğlunun 4 övladından biri ağır xəstədir. Bildirilir ki, beyin iflicindən əziyyət çəkən uşağın vəziyyəti atasında böyük gərginlik yaradırmış.

Bundan başqa onun banka kredit borcunun olması da üzə çıxıb.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

%d bloqqer bunu bəyənir: