Türkiyə Rusiyanın S – 400-lərindən imtina edir ?

Türkiyə Rusiya Federasiyasından S-400 komplekslərini satın almaqdan imtina edə bilər.

Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu “Akşam” qəzetinə müsahibəsində deyib. “Biz prinsip olaraq orta və uzun müddətli birgə istehsal haqqında  razılığa gəldik. Vladimir Putinin özü bizə birgə istehsal üçün addımlar ata biləcəyimizi söylədi. Buna görə  texnologiya aktual olacaq. Ancaq Rusiyanın bu mövzuda münasibəti mənfi olduğu təqdirdə başqa bir ölkə ilə razılaşma əldə edə bilərik” – nazir müsahibəsində deyib.

Nazir qeyd edib ki, bu məsələni ən qısa müddətdə həll etmək lazımdır, çünki S-400 üçün “ehtiyac var”. “Hava sahəsini qorumaq lazımdır. Ancaq Rusiyaya qarşı çıxan ölkələr Türkiyənin ondan S-400  raketlərini almasını istəmirlərsə, onda bizə öz təkliflərini verməlidirlər “, – Mövlud Çavuşoğlu bildirib. 

Moskva və Ankaranın 2016-cı ildə əlaqələrinin bərpasından sonra S – 400 sistemlərinin Türkiyəyə çatdırılması müzakirə edilir. Türkiyənin bu planı ABŞ tərəfindən qınanıb. 

Heybət Əmrah
bastainfo.com
%d bloqqer bunu bəyənir: