Washington Post: Google öz servislərindən Rusiyanın ABŞ seçkilərinə müdaxiləsilə bağlı istifadə faktlarını tapıb

Google, 2016-ci ildə ABŞ-da prezident seçkiləri kampaniyasında müxtəlif şirkət platformaları vasitəsi ilə rus müdaxiləsinin dəlilini tapıb. The Washington Post bunu şirkətin araşdırması ilə tanış olan mənbələrə istinadən bildirir.

Anonimlik şərti ilə müəlliflər bildirir ki, Google “yayılan dezinformasiya” reklamı üçün YouTube, Gmail və DoubleClick reklam platformasının rus istifadəçiləri tərəfindən istifadə edildiyini sübut edib. Bu məqsədlə xərclənən məbləğ “on minlərlə dollar” qiymətləndirilir.

Qeyd edilir ki, reklam tək “Facebook”un reklamı olan “trol ferması”  vasitəsilə alınmayıb və “Rusiyanın müdaxiləsinin daha geniş miqyaslı göstəricisi sayıla bilər”.

ABŞ Konqresi texnologiya nəhənglərindən Rus istifadəçilərinin Amerika cəmiyyətində qarşıdurma yaratmaq və prezidentlik kampaniyasına təsir etmək üçün sosial şəbəkələr və onlayn reklamlardan necə istifadə etdiyini müəyyənləşdirmək üçün araşdırmalar aparılmasını istəyib.

Mənbələrin The Washington Posta dediyinə görə, Google Twitter-dən olan məlumatları istifadə edərək platformalarında Rusiya izini tapıb. Bu, korporasiyaların açıq əməkdaşlığı olmadan həyata keçirilib. Google  Twitter məlumatlarına çıxışı 2006-cı ildən  əldə edib.

Google reklamı satın alan xidmət hesabları ilə rus Twitter hesabları arasında əlaqə yaratmağa nail olub.

Sentyabr ayında Google, ABŞ-ın IP ünvanlarından göndərilən rus dilində yaradılmış reklamlar arasında geniş bir axtarış elan etdi. Daha sonra şirkət, siyasi yönümlü roliklər arasında təxminən 50 min dollarlıq reklam məqsədli bir hərəkət tapdı.

Google araşdırma ilə əlaqədar The Washington Posta şərh verməkdən imtina edib.

Sentyabrda həmçinin, Putinin aşbazı Evgeni Priqojinin İnternet Araşdırmaları Təşkilatı ilə əlaqəli şirkətlər tərəfindən Facebookda siyasi reklam yerləşdirilməsi məlum olub. Sosial şəbəkə nümayəndələri ABŞ Konqresinin 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdə Rusiya müdaxiləsinin araşdırılmasına dair xüsusi olaraq yaradılmış komissiyaya ən azı 100.000 ABŞ dolları məbləğində 3000 siyasi reklam yerləşdirilməsi barədə məlumat veriblər.

Heybət Əmrah

bastainfo.com

 

 

%d bloqqer bunu bəyənir: