Əfqan Muxtarlının həbs müddəti yenə uzadılacaq – Məhkəməyə təqdimat verildi

Sabah, oktyabrın 12-də saat 11:00-da Nəsimi Rayon Məhkəməsində vicdan məhbusu Əfqan Muxtarlı ilə bağlı məhkəmə prosesi olacaq.

Bu haqda “Basta”ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, prokurorluq Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbiri müddətinin yenidən uzadılması barədə təqdimat verib.

Qeyd edək ki, Əfqan Muxtarılı həbs edilərkən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Həmin 3 ay ərzində hər hansı bir istintaq hərəkəti aparılmasa da, bu müddət daha 2 ay uzadılmışdı.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: