Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev vəfat edib

Azərbaycanın demokratik yolla seçilən ilk prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev vəfat edib.

APA-nın xəbərinə görə, A.Əliyev bu gün səhər 83 yaşında Bakıdakı evində dünyasını dəyişib.

O, uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi.

A.Əliyev Sulutəpə qəbiristanlığında dəfn olunacaq.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: