Gənc bloger saxlanıldı

Gənc bloger Eltac Turan Türk saxlanılaraq 7-ci polis bölməsinə aparılıb. Bu haqda “Basta”ya Müsavatın mətbuat xidməti məlumat verib.

Blogerin hansı səbəbdən polisə aparıldığını öyrənmək üçün 7-ci polis bölməsi ilə əlaqə saxladıq. Bölmənin növbətçi hissəsindən bildirildi ki, Eltac Turan Türk şəkil çəkdiyi polisə gətirilib.

“İcra hakimiyyətinin göstərişi ilə bu ərazidə söküntü işləri aparılır. O da icazəsiz şəkil çəkdiyi üçün gətirilib”, növbətçi hissədən “Basta”ya bildirilib.

“Jurnalistin işi şəkil çəkməkdir, şəkilə görə saxlamaq nə dərəcədə düzdür” sualına isə belə cavab verilib: “O jurnalist deyil, amma hörmət eləyib buraxacayıq”. 

Qeyd edək ki, Eltac Turan Türk hakimiyyətin tənqid olunduğu video-çarxları ilə məşhurdur. O, Müsavat Partiyası Məclisinin keçmiş üzvü, mərhum Könül Turan Türkün öğludur.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: