Sayt rəhbərinə qarşı cinayət işi açılır

Hefteaz.info saytının rəhbəri Aqil Mahmudovun barəsində cinayət işi açılır. 

Saytın yaydığı məlumatda bildirilıir ki, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 333.3 maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edilir ki, bu gün Göyçay rayon məhkəsi Aqil Mahmudovun iki il müddətinə sürücülük vəsiqəsindən məhrim edilməsi və 700 manat cərimə olunması barədə qərar çıxarıb. Məcəlləyə görə tətbiq olunan cərimə bir ay müddətində ödənilməli olduğu halda, hakim Zəfər Quliyevin sədrliyi ilə keçirilən prosesdə cərimənin 12 gün müddətinə ödənilməsi haqda qərar çıxarılıb.

“Əgər bu müddət ərzində cərimə ödənilməsə, cinayət işi açılacaq… Bu qərar Aqil Mahmudovun hakimiyyətə qarşı radikal mövqe ilə bağlıdır və saytın rəhbəri həbs edilə bilər”, – Heftea.zinfo-nun məlumatında bildirilir.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: