Əfqan Muxtarlının vəkillərinin etirazı qəbul olundu: Məhkəmə təxirə düşdü

Bu gün, oktyabrın 12-də saat Nəsimi Rayon Məhkəməsində vicdan məhbusu Əfqan Muxtarlı ilə bağlı məhkəmə prosesi keçirilməli idi. Prokurorluq Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbiri müddətinin yenidən uzadılması barədə təqdimat vermişdi.

Lakin vəkillər Nemət KərimliOsman Kazımovun hakimə etiraz etməsi səbəbilə proses qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

“Bundan əvvəl hakim Babək Hüseynovun sədrliyi ilə Əfqan Muxtarlının həbs müddəti əsassız olaraq 2 ay uzadılıb. Biz o qərarla bağlı şikayət vermişik. Həmin şikayətə hələ baxılmamış Babək Hüseynov eyni məsələyə dair işə baxa bilməz. Proses başlayarkan Babək Hüseynovun bu işdə hakim olmasına etiraz etdik. Etirazımız qəbul olundu və proses təxirə salındı”, – Nemət Kərimli “Basta”ya bildirib.

Vəkil əlavə edib ki, Əfqan Muxtarlının saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında ona qarşı qanusuz məhdudiyətlər davam edir: “Yaxınları ilə görüşməsinə imkan verilmir. Telefon zənglərinə də məhdudiyyət qoyulub. Son 2 həftə ərzində yalnız xanımına və qızına zəng etməyə icazə veriblər”. 

Qeyd edək ki, Əfqan Muxtarılı həbs edilərkən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Həmin 3 ay ərzində hər hansı bir istintaq hərəkəti aparılmasa da, bu müddət daha 2 ay uzadılmışdı.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: