“Bayramı Qapalı Həbsxanaya aparmaq istəyirlər” – Samir Əsədli

Samir Əsədlinin “Basta” ya verdiyi məlumata görə artıq  təcridxanada Bayrama qarşı qərəz həddini aşıb.

Heykəl məhbusu Bayram Məmmədovla bağlı həyacanlı xəbərlər var. Baş verənlər onu göstərir ki, hakimiyyətin ən üst qatında Bayram bəyə sıradan bir dustaq kimi yox, xüsusi qəzəb və nifrətlə yanaşılır. Sanki hansısa qüvvə onun həyatına son vermək üçün çalışır. Bu dəfə mülki geyimli şəxslər 13 saylı CÇM rəisinin otağında Bayramla görüşüblər və Bayrama elə rəisin otağındaca fiziki təzyiq göstərilib. Bu “ziyarət”in və “görüş”ün səbəbini bilməsək də, həmin görüşdən sonra Bayram “kars”a salınıb, soyuq və rütubətli yerdə saxlanılır, bu şəraitdə qidalanması üçün ona yemək də verilmir.” – Samir Əsədli bildirib.

Samir Əsədlinin verdiyi məlumata görə Bayram Məmmədovun yerini dəyişmək  Qapalı Təcridxanaya aparmaq istəyirlər. 13 saylı CÇM-də olan digər nidaçı siyasi məhbuslar Elgiz Qəhrəman və İlkin Rüstəmzadə isə aclıq aksiyasına başlayıbıar.

“Bizə çatan məlumata görə Bayramı Qobustandakı Qapalı Həbsxanaya aparmaq istəyirlər. Bu da hakimiyyətin növbəti çirkin əməlindən xəbər verir. Bayrama edilən haqsızlığa etiraz əlaməti olaraq 13 saylı CÇM-də olan digər nidaçı siyasi məhbuslar Elgiz Qəhrəman və İlkin Rüstəmzadə isə aclıq aksiyasına başlayıblar. Baş verənlər onu göstərir ki, məqsəd Bayramın həyatına təhlükə yaratmaq, onu fiziki baxımdan məhv etməkdir. Rəsmi ittihamda nə yazılmasına baxmayaraq hər kəsə bəllidir ki, Bayram Məmmədov Heydər Əliyevin heykəlini yazdığı üçün həbs edilib və ona qarşı həbsxanada hər zaman qeyri-insani münasibət bundan qaynaqlanır. Bayramın həyatına hər hansı təhlükə olarsa, birbaşa ölkə rəhbərliyi məsuliyyət daşıyır və məsələyə cavabdehdir.” – Samir Əsədli əlavə edib.

Xatırladaq ki, Heydər Əliyevin heykəlini yazdığına görə həbs olunsa da, Bayram Məmmədov narkotik dövriyyəsində ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsxanada zaman-zaman vəkillərinin verdiyi məlumatların vasitəsiylə Bayram Məmmədova qarşı sərgilənin qeyri-insani rəftarın şahidi oluruq.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: