3 şəhidi olan məcburi köçkün əşyaları ilə birlikdə evindən çölə atıldı – Video – Yenilənib

Bu gün Sumqayıt Şəhər 47-ci mələllədə məskunlaşan məcburi köçkün əşyaları ilə birlikdə evindən bayıra atılıb.

“Basta” ya daxil olan məlumata görə Nemət Məhərrəmov müvəqqəti məskunlaşdığı evdə artıq 24 ildir yaşayır.

Məlumata görə Nemət Məhərrəmov Qubadlı rayonu işğal olunan zaman 3 şəhid verib. Ata, ana və bacısını itirən məcburi köçkün onun evdən çıxarılma səbəbinin əsassız olduğunu, adına hansısa torpaq mülkiyyəti olmadığını deyir.

Hal-hazırda Nemət Məhərrəmovun həyat yoldaşının səhhəti pisləşib, onu xəstəxanaya yerləşdiriblər. Nemət Məhərrəmli və digər ailə üzvləri isə yaşadıqları binanın həyətində gecələməyə qərarlıdırlar.

Nemət Məhərrəmli Müsavat Partiyasının üzvüdür.

 


 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: