ABŞ Konqresində Dağlıq Qarabağla bağlı dinləmələr keçirəcək

ABŞ Konqresinin Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dinləmələr keçirəcək.

Bu barədə komissiyanın saytında məlumat verilib.

“ABŞ və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu” adlı dinləmələrdə ABŞ-ın Minsk qrupundakı iki sabiq həmsədri – Kevin Kavanauq və Ceyms Uorlik iştirak edəcək, Report məlumat verir. Tədbirə münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq.

Dinləmələrdə NİDA Vətəndaş Hərəkatının təmsilçilərindən biri Turqut Qəmbərin də iştirakı gözlənilir.

Qeyd edək ki, brifinqin keçiriləcəyi tarix Azərbaycanın Müstəqillik Günü ilə üst-üstə düşür.

ABŞ Helsinki Komissiyası bundan əvvəl də Qarabağ məsələsi ilə əlaqədar dinləmələr keçirilib və müvafiq məruzələr yayıb yayıb. Qurumun 16 iyun 2017-ci il tarixli açıqlamasında deyilir ki, “Qarabağ münaqişəsi region üçün ciddi təhdidə çevrilib”. 

Məruzədə qeyd olunur ki, Qarabağ münaqişəsi dünya üzrə ən köhnə və çətin həll edilən ərazi və etnik mübahisələrdən biri olaraq qalmaqdadır. Qarabağ münaqişəsi “dondurulmuş” adlandırılsa da, sürətlə alovlanan xarakterə malikdir və 2016-cı ilin faciəvi “dörd günlük müharibə”si buna sübutdur. “Keçmiş sovet məkanında ən hərbiləşmiş regionlardan birində hərbi əməliyyatlar beynəlxalq ictimaiyyəti qədildən yaxaladı və status-kvonun nə qədər dayanıqsız olduğunu göstərdi”, – məruzədə deyilir.

Qeyd olunur ki, Bakı və Yerevan ATƏT-in Minsk Qrupunun təklifi ilə hadisələrin təhqiqi müxanizminin tətbiqi və müşahidəçilərin sayının artırılmasına razılaşıblar. Lakin bu razılaşmaların şərtləri böyük əksəriyyət etibarilə həyata keçirilməmiş qalır və görünür, bunun səbəbi tərəflərin gərginliyin azaldılması perspektivinin daha böyük diplomatik proseslə müşayiət olunması ehtimalında görmələridir.

Məruzənin müəllifləri münaqişənin həllində Moskvanın əlahiddə rolunu qeyd edirlər. ABŞ-ın rəsmi şəxslərinin Moskvanın Minsk Qrupu üzrə tərəfdaş-həmsədrləri ilə işləməsi barədə bəyanatlarına baxmayaraq, Moskvanın status-kvonu özünün geosiyasi maraqları dairəsində nəzərdən keçirib-keçirməməsi aydın deyil. Məruzə müəlliflərinin fikrincə görə, Türkiyənin də rolu həddən artıq vacibdir, belə ki, bu ölkə Azərbaycanla sıx əlaqələrə malikdir və Ermənistan üçün potiensial iqtisadi maraq dairəsindədir.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: