Azərbaycanda dövlətin yetkinlik yaşına çatmış evsiz vətəndaşlara kömək sistemi yoxdur

Bakıda havalar sərindir, gündüz havanın temperaturu 20 dərəcədən aşağı olur, yağışlar başlayıb. Bu zaman, hüquq müdafiəçisi Arzu Abdullayevanın iddiasına görə 50 mindən çox evsiz vətəndaşın olduğu Azərbaycanda yetkinlik yaşına çatmış evsizlər üçün dövlət sığınacağı yoxdur.

Son illər qışda şaxtalı havalarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda insanların çox olduğu yerlərdə böyük “toy çadırları” qurur, bu çadırlarda evsiz insanlar yata və isti yemək yeyə bilirlər. Amma hava bir qədər isinən kimi bu çadırlar yığışdırılırdı.

2017-ci ilin qışında təcili yardım həkimləri donan Bakılıları xilas edib, 400-ə yaxın insanı xəstəxanalara yerləşdiriblər, bu barədə Bakı Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. Həkimlər şaxtada gecələyən evsiz insanları da xəstəxanalara yerləşdirirdilər ki, bu, “Təcili Yardım”ın səlahiyyətlərinə aid deyil.

Evsiz insanlar probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabunçu rayonunun Zabrat qəsəbəsində müvəqqəti sığınacaq açır, burada evsizlər altı ay qala bilər. Bu müddət başa çatdıqdan sonra nazirliyin mütəxəssisləri evsizləri qocalar evinə və ya digər xüsusi sığınacağa yerləşdirəcəklər. Zabrat sığınacağının qeydiyyat sənədləri Ədliyyə Nazirliyinə təqdim edilib, təxminən 15 gün sonra sığınacaq fəaliyyətə hazır olacaq, deyə evsizlərə yardımla məşğul olan ictimai fəal Natalya İorina Turan-a bildirib.

Nazirlikdən Turan-a bu məlumatı təsdiq ediblər. Bu sahəyə görə məsul olan məmur idarənin mətbuat xidmətindən dolğun məlumat almağı məsləhət gördü, amma ictimaiyyətlə əlaqələr departamentinin telefonları cavab vermir.

Bakıda ictimai təşkilatlar nəzdində sığınacaqlar fəaliyyət göstərir. 2006-cı ilin mayından Tereza Kalkuttskaya ana Şəfqət bacıları (Katolik Kilsəsində qadın rahibə konqreqasiyası) tərəfindən yaradılmış evsizlər sığınacağı fəal şəkildə işləyir. Sığınacaq Zığ qəsəbəsi, Gənclik Parkı küçəsi, ev 2 ünvanında fəaliyyət göstərir. Orada dörd katolik rahibə işləyir. Sığınacaq 20-yə gədər adam gəbul edə bilər.

Bakı şəhəri, Zərgərpalan küçəsində yerləşən Pravoslav Mixaylo-Arxantsegel kilsəsi də evsizlərə, sığınacaq olmasa da, gündəlik isti yemək verir.

Qafqaz Müsəlmanları İdarəsi evsizlərə müntəzəm və stasionar yardımla məşğul olmur.

2006-cı ildə Daxili İşlər Nazirliyi traffikinq (insan alveri) qurbanları üçün üçmərtəbəli binada müvəqqəti sığınacaq yaradıb, burada müxtəlif QHT-lərin nümayəndələri işləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü ildə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmamış evsiz uşaqlar üçün sığınacaq açıb. Sığınacaq yeni, xüsusi olaraq tikilmiş binada yaradılıb. 50 nəfər üçün nəzərdə tutulub, yataq otaqları, yeməkxana, hovuzla təchiz edilib.

https://www.youtube.com/watch?v=CpqNGv4u5AM

90-cı illərdən Binə qəsəbəsində mindən çox uşağı xilas etmiş “Ümid Yeri” ictimai təşkilatının uşaqlar üçün sığınacağı fəal şəkildə fəaliyyət göstərir. Bu ictimai sığınacağın baş sponsoru Azercell şirkətidir.

https://video.azertag.az/ru/video/48675

Azərbaycanda dövlətə məxsus uşaq evləri şəbəkəsi mövcuddur. Amma dövlət evsiz Azərbaycan vətəndaşlarının yaşayış yeri və qidalanma ilə təmin edilməsi sistemi yaratmayıb.

B Азербайджане существует сеть государственных детских домов. Но государство не создало систему обеспечения жилищем и питанием всех взрослых бездомных граждан Азербайджана.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: