Hüseyn Abdullayev prezident seçkilərində öz namizədliyini irəli sürəcək

“Gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm. Əminəm ki, bu yüksək vəzifəyə seçildiyim təqdirdə dağılmaqda olan iqtisadiyyatımızın bərpa edilməsini, eləcə də hüquq, məhkəmə, vergi, təhsil, səhiyyə və digər vacib sahələrdə köklü və radikal islahatların aparılmasını təmin etmək gücündəyəm”. 

Bu bəyanatla Milli Məclisin keçmiş üzvü, hazırda Almaniyada mühacirətdə olan Hüseyn Abdullayev çıxış edib.

“Bilirəm, bu qərara gəlməyim Bakıdakı bir çox xain qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsimə qarşı yönəlmiş çirkin qarayaxma təbliğatlara start veriləcəkdir. Çünkü onlar yaxşı bilirlər ki, mənim Azərbaycana qayıtmağım onların kriminal əməllərinə, cəzasızlığına, korrupsiyasına və qudurğançılığına son qoymaq deməkdir”, – Hüseyn Abdullayev özünün Feysbuk səhifəsində yazıb.

“Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və cib müxalifət funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz”, – Hüseyn Abdullayev vurğulayıb.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: