Arif Hacılı və İsa Qəmbər beynəlxalq tədbirdə məruzə ilə çıxış etdilər

Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Azərbaycanı təmsil etdikləri beynəlxalq tədbirdə bu gün məruzə ilə çıxış ediblər.

Bu haqda “Basta”ya Müsavatın mətbuat xidməti məlumat verib. Məruzəçilər tədbir iştirakçıların suallarını da cavablandırıblar. Dinləmələrdə Müsavat başqanının müavini Elman Fəttah da iştirak edib.

Polşa Xarici İşlər Nazirliyinin dəstəyi və Müstəqillik Fondunun təşkilatçılığı ilə Tbilisi şəhərində keçirilən bu tədbir Rusiya imperiyasının çöküşünün və müstəqil dövlətlərin yaranmasının 100 illiyinə həsr edilib. Tədbirdə Polşa və Qafqaz ölkələrindən olan ictimai-siyasi xadimlər, xalqların istiqlal mübarizəsinin təmsilçiləri iştirak edirlər.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: