Gürcüstanda ölkənin sabiq Baş nazirinə qarşı etiraz aksiyası keçirilib

Aksiyaçılar Tbilisinin qədimliyinin qorunmasını istəyirlər

Meydan TV-nin xəbərinə görə, Oktyabrın 15-də Gürcüstanın müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyası Tbilisidə aksiya keçirib. Saakaşvilinin təsis etdiyi müxalifət partiyasının liderləri və partiya dəstəkçiləri Tbilisidəki Puşkin meydanı ətrafında yerləşən 1,900 kvadrat metr ərazinin Tbilisi Şəhəri Şurası tərəfindən Gürcüstanın sabiq Baş naziri Bidzina İvanişviliyə məxsus bir şirkətə verilməsinə etiraz ediblər. Belə ki, ərazi B.İvanaşviliyə məxsus şirkətə simvolik olaraq 1 Gürcü larisinə (GEL) satılıb. Şirkət qədim Tbilisinin görünüşünü dəyişdirmək üçün nəzərdə tutulan “Panorama Tbilisi” tikinti layihəsini həyata keçirmək niyyətindədir. Şirkət eyni zamanda 9 hektar ərazini əhatə edən 19-cu əsrə məxsus tarixi qoruqda – Tbilisi Botanika bağında- mehmanxana kompleksinin tikintisini nəzərdə tutur. Aksiya zamanı şəhər mərkəzində hərəkət dayandırılıb. Əraziyə çox sayda polis yerləşdirilib.

“Panorama Tbilisi” layihəsi 2013-cü ildə iş adamı və keçmiş Baş nazir Bidzina İvanişvili tərəfindən yaradılan Gürcüstanın birgə investisiya fondu tərəfindən idarə olunur. İvanişvili indiyədək 500 milyon dollar dəyərində olan layihədə yalnız investor kimi görünür.

Aksiyadan foto

Aksiyadan foto. Fotoqraf:: meydan.tv

Aktivistlər layihənin ekoloji cəhətdən davamlı olmadığını və Tbilisinin, tarixi hissəsinin Dünya Mirası Siyahısına düşməsini əngəlləyəcəyini deyirlər. Şirkət rəsmiləri isə layihənin turizmə müsbət təsir edəcəyini iddia edirlər.
“Biz bu şəhəri məhv edən bir layiyə etiraz etmək üçün bu gün toplandıq. Bu layihənin əhatəsi o qədər böyükdür ki, bütün şəhərə təsir edəcək. Bu lahiyə sosial aspektləri, ətraf mühitin qorunmasını və mədəni abidələrin qorunmasını nəzərə almır. İvanaşvilinin məqsədi cəmiyyətin qeyri-elit təbəqəsinə dağıdıcı zərbə vurmaqdır. Bölgədə yaşayan maddi imkanı zəif insanlar şəhər mərkəzindən kənarlaşmağa məcbur qalacaq” – Aksiyada iştirak edən Nino Vardiaşvili bildirdi.

“Panorama layihəsi Tbilisinin mədəni irsini məhv etməyə yönəlib. Hamımız bu şirkətin arxasında kim olduğunu bilirik. Tbilisinin yarısı 1 lariyə satıldı. Şəhərimizi bir adamın arzularına qurban vermək istəmirik” – Rati Qudauri bildirib.

Etirazlara qoşulan Mariam Tavberidze bu layihə şəhərin qədim hissəsinə əhəmiyyətli dərəcədə ziyan vuracağını qeyd etdi.

Aksiyadan foto

Aksiyadan foto. Fotoqraf:: meydan.tv

“Bu lahiyə vətəndaşların rifahı naminə deyil, müəyyən insanların biznes maraqları üçün hesablanmış layihədir. Biz yalnız bu layihəyə qarşı deyil, həm də şəhərin inkişafı kimi göstərilən, əslində isə inkişafsızlığa qarşı etiraz edirik. Bizim istirahət yerlərimiz yoxdur. Bütün meydanlar, qədimi parklar yaşayış binaları, kilsələr, restoranlar tikdirmək istəyənlərə satılır. Köhnə şəhərin görünüşü ilə yanaşı insanların rahatlığını da pozurlar”.

Aksiya zamanı etirazçılar Gürcüstanın bayraqları ilə yanaşı Amerika və Avropa Birliyinin bayraqlarını da dalğalandırıblar.

“Bundan sonra Puşkin meydanı Bidzina İvanişvilinin qarajı və Botanika Bağı isə İvanishvilinin mətbəx bağçasıdır. Tbilisi Şəhər Şurasının qərarı bizə bunu deməyə əsas verir. Biz mütləq nəticə əldə edəcəyik və Tbilisinin qədimiliyinin qorunub saxlanılması üçün əlimizdən gələni edəcəyik. Şəhər Şurası qərarını dəyişənə qədər etiraz aksiyaları keçirməyə davam edəcəyik” – Manana Dzhugashvili belə düşünür.

Tbilisi Şəhər Şurası 29 sentyabrda keçirdiyi səsvermə 1,900 kvadrat metrlik ərazinin Bidzina İvanaşviliyə məxsus şirkətə verilməsi ilə nəticələnib. Səsvermə zamanı Tbilisi Şəhər Şurasının binasına daxil olan bir etirazçı tutulub. Müxalifət üzvləri məhkəmə iclasını təxirə salmaq üçün çağırış etsələr də, bu, nəticəsiz qalıb.

Müxalif partiyanın nümayəndələri bu qərarın öncədən hazırlandığını və tələsik şəkildə müzakirə edildiyini söyləyir. Eyni zamanda 29 sentyabrda Batumi Şəhər Məclisi tərəfindən Qara dəniz sahili boyu 6,300 kvadrat metr ərazininin İvanişviliyə məxsus şirkətlərə verilməsi qərara alınıb.

Oktyabrın 10-da yüzlərlə müxalifət fəalı Şuranın qərarına etiraz etmək üçün Tbilisi Şəhər Şurasının binasının qarşısında toplanıb. Baş verən iğtişaşlar zamanı səkkiz aktivist saxlanılıb.

Aksiyadan foto

Aksiyadan foto. Fotoqraf:: meydan.tv
%d bloqqer bunu bəyənir: