Müsavatın Xətai təşkilatında rəhbərlik dəyişdi

Bu gün Müsavat Partiyası Xətai rayon təşkilatının hesabat-seçki iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumatda bildirilir ki, iclasda Müsavatın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Hüseynova və Divan üzvü Rafiq İsmayıl iştirak ediblər.

Yığıncaqda təşkilati məsələlərə baxılıb. Gizli səsvermə yolu ilə Qəzənfər Baxışov rayon təşkilatının sədri seçilib. Seçki yolu ilə təşkilatın Şurası və NTK-sı formalaşıb.

İclasda ictimai-siyasi vəziyyət və təşkilatın qarşısında duran məsələlər müzakirə edilib, Müsavatın oktayıbrın 21-nə təyin olunan yürüşü ilə bağlı tapşırıqlar verilib.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bu gün həmçinin Müsavat Partiyasının Şamaxı təşkilatının konfransı keçirilib. İclasda Müsavat başqanının müaavini Səxavət Soltanlı və Məclis üzvü Məzahir Məmmədli iştirak ediblər.

Səxavət Soltanlı bildirib ki, iclasda təşkilata yeni sədr, NTK və Şura üzvləri seçilib.

shamaxi

Bastainfo.com

%d bloqqer bunu bəyənir: