Aslan İsmayılova qarşı cinayət işi açıldı

Binəqədi Rayon Polis İdarəsində “Viza” firmasının rəhbəri Aslan İsmayılova qarşı CM-in 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıb. Bu barədə A.İsmayılova Polis İdarəsinin müstəntiqi İlqar Həmidov məlumat verib.

A.İsmayılov özünün Facebook səhifəsində yazıb ki, cinayət işi Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında başlanıb.

A.İsmayılov bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacaq. Hüquqşünas bunu özünə qarşı təxribat kimi qiymətləndirib.

Vəkilin sözlərinə görə, bir prosesdə hakimin yol verdiyi saxtalaşdırma haqda bildirib.

Turan

%d bloqqer bunu bəyənir: