İraq ordusu ilə kürdlərin Peşmərgə qüvvələri arasında döyüşlər davam edir

İraq hərbi qüvvələri mübahisəli Kərkük şəhərinin yaxınlığındakı əsas hərbi hava bazası ilə yanaşı aeroportu, neft şirkətini və digər mövqeləri ələ keçirdiyini bildirib.

K-1 hərbi hava bazası baş nazir Heydər Əl-Əbadinin hökumət tərəfdarı qüvvələrə müraciət edərək, Kərkükdə təhlükəsizliyin bərpa edilməsinə çağırmasından sonra şəhər kürd qüvvələrinin əlindən geri alınıb.

Cənab Heydər Əl-Əbadi xalqa müraciətində onu belə bir addım atmağa kürdlərin İraqı təhlükə qarşısına qoyduğu “müstəqillik referendumu”nun məcbur etdiyini deyib.

Dövlət televiziyası hökumət qüvvələrinin keçən gecə Kərkük əyalətinin geniş sahəsini nəzarət altına aldığını bildirib. Kürd rəsmiləri bu açıqlama ilə tam razı olmasalar da, yarı-hərbi qüvvələrin dəstəkləyiyi İraq ordusunun Kərkük şəhərinə daxil olmaq, hərbi hava bazasını və neft yataqlarını ələ keçirmək üçün genişmiqyaslı əməliyyat keçirdiyini deyib.

İraq hökuməti kürd yaraqlılarına oktyabrın 15-dək vaxt vermişdi ki, “İslam dövləti” qruplaşması ilə döyüşlər zamanı ələ keçirdikləri strateji yüksəklikləri boşaltsınlar. Amma Peşmərgə döyüşçüləri ələ keçirdiyi mövqeləri İraq ordusuna təhvil vermək istəmir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: