Arif Hacılı: “İsa Qəmbər 16 oktyabrda Azadlıq meydanına niyə gəlmədi?”

Müsavat başqanı Arif Hacılı 2003-cü il prezident seçkisini qazanmış, faktiki olaraq prezident seçilmiş, hal-hazırda MSDM-nin(Milli Strateji Düşüncə Mərkəzinin) sədri, Müsavat Partiyasının 2018-ci il prezident seçkisinə namizədi İsa Qəmbərin niyə meydana gəlmədiyini soruşanlara cavab verdi.

Bu sualı həmin gün meydanda olmayanlar da, meydanda olub istintaqda meydana təsadüfən gəldiklərini sübut etməyə çalışanlar da verir. Səmimi olaraq bilmədikləri üçün soruşanlar da var. 

Əslində İsa Qəmbərə bu sualı verməyə ən çox haqqı çatan mənəm. Azadlıq meydanına nümayişçiləri mən aparmışam, orada yalnız mən çıxış etmişəm. Əsas təşkilatçı kimi ən ağır cəzaya da mən məhkum olunmuşam.

Amma İsa bəyə bu sualı vermərəm.

Çünki onun niyə gəlmədiyini bilirəm. 

Meydanda olarkən bir- neçə dəfə onunla telefonla danışdım. Meydana mikrafonlar qurulduqdan sonra gəlməsinin düzgün olduğunu dedim.

…Dörd gün əvvəl 21- ci əsrdə hələlik Azərbaycanda olan ən çoxsaylı 12 oktyabr mitinqində də belə olmuşdu. Meydana əvvəl mən gəlmişdim. Xalqa ilk müraciətlər edilib, mesajlar verildikdən sonra, mitinq başlanarkən prezidentliyə namizəd gəldi. Qayda belədir. 

16 oktyabrda isə mikrafonların qurulmasına imkan verilmədi. Yarım saat keçməmiş meydan dağıdıldı.

 

Yazı Arif Hacılının “Facebook” səhifəsindən götürülüb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: