Qubad İbadoğlunun təşkilatında yeni istefalar

Qubad İbadoğlu ABŞ-da sutkalıq qiyməti  775 dollar olan oteldə qaldığı haqda statuslar paylaşarkən, onun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah təşkilatında yeni istefalar baş verib. 

Təşkilatın üzvü Elşən Allahverdiyev  özünün feysbuk səhifəsində Səbail gənclər  təşkilatının tam tərkibdə istefa verdiyini açıqlayıb.  Təşkilatın rəhbərlərindən biri  Vurğun Əyyub  sosial şəbəkədə Elşən Allahverdiyevin yazdığı statusda olan qramatik səhvə işarə edərək , “sən demə demokratik rifah partiyası da varmış” şərhini yazmaqla olaya reaksiya verib.

ADR SEbail

Təşkilatdan verilən məlumata görə, Qubad İbadoğlu 6 ay  müddətinə ABŞ-a gedib. Üzvlər arasında səfərin daha uzunmüddətli olacağı haqda məlumat yayılıb və bu, təşkilatda narazılıq yaradıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: