SON DƏQİQƏ: Malta baş nazirinin Əliyev ailəsi ilə biznesini araşdıran jurnalist qətlə yetirildi

Maltanın baş naziri Jozef Muskatın Azərbaycan prezidenti İlham Əliyevin ailəsi ilə müəmmalı biznes əlaqələrini araşdıran jurnalist  Dafne Karuana Qalizia (Daphne Caruana Galizia)  öz avtomobilində vəhşicəsinə qətlə yetirilib.

Times of Malta qəzeti xəbər verir ki, jurnalist  Maltanın Bidnija şəhərində yaşadığı evin yaxınlığında avtomobilinə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində həlak olub.

Maltanın baş naziri Jozef Muskat jurnalistin qətli ilə bağlı açıqlama verib.

“Bu gün Maltada qanunun aliliyi çökdü. Karuana Qalizia mənim sərt tənqidçim idi, amma bu vəhşiliyə heç bir bəraət ola bilməz”, – baş nazir bildirib. 

Malta Jurnalistlər İttifaqı hadisəyə sərt reaksiya verib. Qurumun bəyanatında jurnalistin qətli ilə bağlı şəffaf araşdırılma aparılması tələb edilir.

malta

Karuana Qalizia öz araşdırmalarında Azərbaycan hakimiyyətinin korrupsiya əməllərindən yazıb, Maltanı Əliyev hakimiyyətinin  idarə etdiyi bir əyalət kimi gördüyünü bildirib (Azerbaijan considers Malta to be “one of its provinces). 
.
Bu ilin iyun ayında Karuana Qalizia Muskatın adının korrupsiyada hallanmasını səbəb göstərərək erkən seçki çağırışı edib, – Meydan TV məlumat verir. Onun sözlərinə görə, kiçik Maltada yerləşən bank sənədləri göstərir ki, Muskatın həyat yoldaşının Panamada şirkəti var və həmin şirkətlə Azərbaycanda müəyyən bank hesabları arasında böyük məbləğdə pul köçürmə əməliyyatları həyata keçirilib. 
.
Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: