Arif Hacılı və İlham Əliyev Avropa Parlamentinə dəvət edildilər

Noyabr ayında Avropa Parlamentində Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində sammit keçiriləcək. Bu haqda “Basta”ya Müsavat başqanının xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı məlumat verib.

Brüsseldə keçiriləcək sammit çərçivəsində Azərbaycanla da bağlı geniş müzakirələr olacaq. Bu müzakirələrə Azərbaycandan Müsavat Partiyasının başqanı Arif Hacılı, hakimiyyət tərəfindən isə ölkə başçısı İlham Əliyev dəvət ediliblər.

Şərq Tərəfdaşlığı – Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. Şərq tərəfdaşlığı proqramı Avropa Birliyinin altı qonşu ölkəsini – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukraynanı əhatə edir. 

Bastainfo.com

 

 

%d bloqqer bunu bəyənir: