Müsavat başqanı Müstəqillik Gününü qeyri-iş günü elan etdi

1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbulu ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi bütün dünyaya elan olunub. Beləliklə, 1918-ci ilin mayında Şərqdə ilk demokratik dövlət, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri üzərində ölkənin dövlətçilik tarixində yeni müstəqillik dövrü başlanıb. Sabah Azərbaycanın tarixində ən vacib hadisələrdən biri olan bu günün,  18 oktyabr Müstəqillik Aktının qəbul olunduğu gündür.

Buna baxmayaraq ölkədə bütün idarə və müəssisələrdə iş günü adi günlərdə olduğu kimi normal axarı ilə davam edəcək.

Müsavat başqanı Arif Hacılı isə Müsavat Partiyasının rəhbərliyində təmsil olunan, partiyanın icra strukturlarında partiya üçün çalışan, ümumiyyətlə bütün müsavatçılara istirahət etmələrini tapşıraraq, 18 oktyabrın qeyri-iş günü olduğunu elan etdi.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: