Freedom House Ukraynaya: Fikrət Hüseynlini buraxın!

Vaşinqtonda qərargahlanan Freedom House təşkilatı rəsmi Kiyevi Azərbaycan hökumətinin İnterpoldan “Qırmızı Vəsiqə” xahişi əsasında Ukraynada saxlanılmış Fikrət Hüseynlini dərhal azad etməyə çağırıb.

“İnterpola təqdim olunan order Azərbaycan hökumətinin kriminal fəaliyyətə qarşı mübarizəsini yox, jurnalistləri təqibini əks etdirir,” qurumun Avrasiya proraqmları direktoru Mark Behrendt bəyan edib. “Huseynliyə qarşı ittihamlar göstərir ki, Azərbaycan və başqa avtoritar hökumətlər İnterpol sistemindən öz siyasi opponentləri, jurnalistlər və başqa insan haqları fəallarına qarşı təqib məqsədilə sui-istifadə edirlər.”

Huseynliyə qarşı ittihamlar göstərir ki, Azərbaycan və başqa avtoritar hökumətlər İnterpol sistemindən öz siyasi opponentləri, jurnalistlər və başqa insan haqları fəallarına qarşı təqib məqsədilə sui-istifadə edirlər.

Behrendt əlavə edib ki, İnterpol beynəlxalq hüquq-mühafizə təşkilatı olaraq hər bir “Qırmızı Vəsiqə” xahişini təsdiq etməzdən öncə araşdırmalıdır.

Fikrət Hüseynli 2008-ci ildə Azərbaycandan mühacirət edib. Hollandiyada siyasi sığınacaq alan Hüseynli sonradan bu ölkənin vətəndaşı olub.

Freedom House-un 2017-ci il indeksinə əsasən azad olmayan ölkə kimi səciyyələndirilən Azərbaycandan fərqli olaraq Ukrayna 1-7 (yaxşı-pis) şkalasında 4.61 balla qismən azad ölkə sayılır.

Fikrət Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanıb. O, bir neçə gün Ukraynanın paytaxtında qaldıqdan sonra oktyabrın 17-də, Borispol Şəhər Məhkəməsi jurnalist barəsində 18 günlük həbs-qətimkan tədbiri seçib.

Fikrət Hüseynli

Fikrət Hüseynli

Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlandığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: