Müstəqillik Günü: Hakimiyyətin ləğv etdiyi unudulmaz bayram

1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Azərbaycan dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya aktı qəbul edib.

Bu sənədlə Azərbaycan Respublikası özünü bolşevik işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan edib.

Konstitusiya aktına əsasən milli və dini mıənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlara bərabərhüquqluluq zəmanəti verilir.

2006-cı ilə kimi 18 oktyabr həm bayram, həm də qeyri-iş günü idi. Amma parlament qanunvericiliyə dəyişklik edərək 18 oktyabr gününü bayram və qeyri-iş günü sıarsaından çıxarıb. Bu tarixlə bağlı iqtidar dövlət səviyyəsində hər hansı tədbir keçirmir.

İqtidar Konstitusiya aktını qəbul edən o zamankı “Demokratik Blok”dan olan deputatların xidmətlərini qanunsuz olaraq aşağılayır. Onlara hətta deputat təqaüdü belə müəyyən olunmayıb, amma kommunist blokundan olan və 1991-ci ilin martında SSRİ-nin saxlanmasına səs verən deputatlar müstəqillik dövründə də yüksək dövlət vəzifələri tutmaqdadır.

Müstəqillik Aktının hazırlanmasına dair yaradılan komissiyanın sədri Hacıbaba Əzimov olub. H.Əzimov bildirir ki, 18 oktyabrda 350 deputatın 100 nəfəri akta səs verməkdən yayınmaq üçün iclasa gəlməmişdi: “Bəziləri foyeyə çıxaraq kvorumu pozmağa cəhdlər göstərirdilər. İclasda iştirak edən 258 nəfər hər maddə üzrə səsvermədə iştirak ediblər. Akt sonda bütövlükdə səsə qoyulanda məsələnin gerçəkləşdiyini görüb səs verdilər. Həmin insanlar müstəqilliyə səs verdiklərini iddia edə bilərlər. Amma hər səs verən deputat Müstəqillik Aktının qəbul olunmasında iştirak etməyib. Məsələ akta imza atmağa gələndə geri çəkildilər. Müstəqillik aktına imza atan 43 nəfərin heç də hamısı Demblokun üzvü olmayıb. Amma onlar Azərbaycanın SSRİ-nin tərkibində saxlanmasının əleyhinə çıxdılar. Müstəqillik Aktına 43 nəfər imza atmağa özündə cəsarət tapdı”.

Müstəqillik Aktına imza atan millət vəkillərinin siyahısını təqdim edirik:

  1. İsa Qəmbər
  2. Arif Hacılı  
  3. Dilarə Əliyeva 
  4. Füzuli Axundov 
  5. İxtiyar Şirinov 
  6. Aydın Məmmədov 
  7. Əyyam Musayev 
  8. Vaqif Novruzov 
  9. Vahid Əhmədov 
  10. Ramiz Fətəliyev 
  11. Cümşüd Nuriyev  
  12. Məmməd Xələfov 
  13. Etibar Məmmədov  
  14. Nəriman Həsənzadə  
  15. Firudin Cəlilov
  16. Sabir Rüstəmxanlı 
  17. Tofiq Bağırov 
  18. Mürşüd Məmmədli  
  19. Şadman Hüseynov 
  20. Faiq Baxşəliyev 
  21. Mirmahmud Fəttayev  
  22. Ədalət Rəhimov 
  23. İsgəndər Həmidov  
  24. Mətləb Mütəllimov 
  25. Tahir Əliyev 
  26. Rəhim Qazıyev  
  27. Tamerlan Qarayev 
  28. Eldar Bağırov 
  29. Tofiq Qasımov  
  30. Məryəm Həsənova  
  31. Tahir Kərimli  
  32. İsmayıl Şıxlı 
  33. Yusif Səmədoğlu 
  34. Maşallah Abdullayev 
  35. Hacıbaba Əzimov  
  36. Bayram Bayramov 
  37. Hicran Kərimli 
  38. Heydər Əliyev  
  39. İbrahim İbrahimli 
  40. Allahverdi Həsənov 
  41. Sülhəddin Əkbər 
  42. Şahmərdan Cəfərov 
  43. Fərəc Quliyev

Bastainfo.com

%d bloqqer bunu bəyənir: