N!DA həbsdə olan gənclərə qarşı ölüm hədələri ilə bağlı tədbir keçirdi

Bu gün N!DA Vətəndaş Hərəkatı həbsdə olan gənclərə qarşı ölüm hədələri bağlı tədbir keçirib. 

Müsavatın qərargahında baş tutan tədbirdə ictimai-siyasi xadimlər, o cümlədən Nida təşkilatının təmsilçiləri Ülvi Həsənli və Samir Əsədli, Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanının müavini Yadigar Sadıqov, Müsavat Gənclər təşkilatının sədri Əbülfəz Sadıqbəyli, D18 təşkilatının sədr müavini Samirə Ağayeva, vəkillər Nemət Kərimli və Elçin Sadıqov,  gənc fəallar və siyasi məhbusların ailə üzvləri iştirak ediblər.

Təşkilatın yaydığı məlumatda bildirilir ki, iclasda gənclərin son vəziyyəti ilə bağlı məlumat verilib, hökumətin  siyasi məhbuslara düşmən münasibəti qınanılıb.

Tədbirdə vicdan məhbuslarına qarşı münasibətin dəyişməyəcəyi təqdirdə hansı addımları atmaq olar onlar danışıldı, həm də siyasi məhbusların problemlərinin maksimum ictimailəşdirilməli olduğu vurğulanıb.

“Nida Vətəndaş Hərəkatı həbsdə olan vicdan məhbuslarının problemlərinin aradan qaldırılması üçün fəaliyyətini davam etdirəcək və yerli, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə çəkməyə davam edəcək”, – məlumatda bildirilir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bastainfo.com

 
%d bloqqer bunu bəyənir: