Müsavatın aksiyasına icazə verillmədi

Müsavat Partiyasının oktyabrın 21-də paytaxtda etiraz yürüşü keçirilməsi ilə bağılı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə nəhayət bu gün cavab verilib.

Müsavatın Divan üzvü Razim Əmiraslanlının “Basta”ya verdiyi məlumata görə, BŞİH yürüşün keçirilməsini “məqsədəuyğun” saymayıb.

“İcra hakimiyyəti yürüş üçün göstərilən marşrutların nəqliyyatın sıx hərəkət etdiyi ərazilər olduğunu bəhanə gətirərək aksiyanın keçirilməsinə icazə verməyib. Hakimiyyət bizə “Məhsul” stadionunda mitinq keçirilməsini təklif edilir”, – Razim Əmiraslanlı bildirib.

Müsavat Partiyasının növbəti addımları nədən ibarət olacaq? Bu sualla Müsavat başqanı Arif Hacılıya müraciət etdik.  Arif Hacılı bildirdi ki, məsələ partiya rəhbərliyində müzakirə olunur və qərar barədə məlumat veriləcək.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: