“Hakimiyyət məsuliyyət daşıyır” – D18 həbsdəki fəallara işgəncə verilməsi ilə bağlı bəyanat yaydı

D18 Hərəkatı siyasi məhbuslar Bayram Məmmədov, Qiyas İbrahimov və İlkin Rüstəmzadə haqda bəyanat yayıb.

Təşkilatdan “Basta”ya daxil olan bəyanatda deyilir:

“Azərbaycanda siyasi məhbuslar problemi ölkə rəhbərliyinin insan haqlarına sayğısız münasibəti üzündən həll olunmamış qalır. Azərbaycanda 150 nəfərdən çox siyasi məhbus var. Hakimiyyət artıq həbs etməklə kifayətlənmir, həbs edilənlərin vəkillərinə zorakılıq tətbiq edir. Məhbusun ailəsi və vəkili ilə görüşməsə mane olur. Məhbuslara həbsxanalarda işgəncələr verilir. Son günlər həbsxana rəhbərliyi tərəfindən siyasi məhbuslar Bayram Məmmədovun, Qiyas İbrahimovun və İlkin Rüstəmzadənin işgəncəyə məruz qalması, hətta ölümlə hədələnmələri haqda məlumatlar alırıq. Hakimiyyət siyasi məhbuslara təzyiq etməklə, işgəncəyə məruz qoymaqla insan haqlarını kobud şəkildə pozur. Siyasi məhbusların sağlamlığında yarana biləcək hər hansı bir təhlükəyə görə hakimiyyət birbaşa məsuliyyət daşıyır. D18 Hərəkatı  yerli və beynəlxalq ictimaiyyəti siyasi  məhbuslar probleminə diqqətdə saxlamağa, onlara qarşı edilən işgəncələrə səssiz qalmamağa çağırır”

Bastainfo.com

%d bloqqer bunu bəyənir: