Müsavat Baş prokurorluğu “Panama sənədlərini” araşdırmadığına görə yenidən məhkəməyə verdi

Müsavat Partiyası Baş prokurorluğunu hərəkətsizliyi ilə bağlı Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə yenidən müraciət edib. Bu haqda “Basta”ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Baş prokurorluq Azərbaycanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməllərinin əks olunduğu “Panama sənədləri” ilə bağlı araşdırma aparılması və buna hüquqi qiymət verilməsinə dair Müsavat Partiyasının müraciətinə hər hansı formada reaksiya verməyib.

Müsavat Partiyasının iddia ərizəsində məhkəmədən tələb edilir ki, Baş prokurorluğun üzərinə “Panama sənədlərinin” araşdırılması ilə bağlı öhdəlik qoysun. Bununla əlaqədar Səbail rayon məhkəməsinə bunda əvvəl təqdim olunan iddia ərizəsi “hüquqi sənədlərin çatışmaması” bəhanəsi ilə geri qaytarılıb.

Ondan sonra oktyabrın 10-da yenidən təqdim olunan sənədlər isə bu gün Səbail Rayon Məhkəməsi tərəfindən qeyri-rəsmi formada geri qaytarıb. Müsavat Partiyasının nümayəndəsinə təklif edilib ki, iddia ərizəsi məhkəməyə poçt vasitəsilə göndərilsin. Bu gün iddia ərizəsi yenidən poçt vasitəsilə  məhkəməyə göndərilib. 

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: