Müsavat başqanı Hidayət Allahverdiyevi təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Hidayət Allahverdini 60 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Hidayət bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz i Milli Azadlıq Hərakatına qoşularaq Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin ən fəal iştirakçılarından biri olmusunuz. Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə fəal iştirak etmisiniz. Siz uzun müddət Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının şura üzvü olaraq rayon təşkilatının və partiyanın güclənməsində, qərarların icrasında böyük rol oynamısınız. Bunun nəticəsidir ki, təşkilat üzvləri Sizə etimad göstərərək Cəbrayıl rayon təşkilatının sədri seçiblər.

Yeni görəvinizdə fəaliyyətinizi uğurla davam etdirirsiniz. Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsi üçün ciddi işlər görürsünüz. Əqidəyə sədaqətiniz, prinsipiallığınız və işgüzarlığınız Sizə böyük etimad qazandırıb. Siz həm də uzun müddətdi pedoqoji fəaliyyətlə məşğul olursunuz, şərəfli pedoqoji fəaliyyətiniz dövründə, müəllim kimi bu şərəfli peşənin öhdəsindən layiqincə gəlirsiniz. Çalışdığınız hər sahədə işinizə vicdanlı münasibətiniz, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Əminəm ki, bizim Sizinlə qürur duyduğumuz kimi övladlarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs, Sizinlə daim qürur duyacaq.

Hörmətli Hidayət bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”

%d bloqqer bunu bəyənir: