Əfqanıstanda məscidlərə hücum: 69 ölü

Əfqanıstanda iki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 69-a çatıb, 100-dən çox insan yaralanıb.

TASS agentliyinə istinadən oxu.az-ın verdiyi xəbərə görə, partlayışlardan biri paytaxt Kabildə, digəri isə Qor əyalətinin inzibati mərkəzi olan Çaqçaran şəhərində baş verib.

Partlayışları terrorçu-kamikadzelər törədib. Kabildəki İmam Zaman məscidində qadın və uşaqlar daxil olmaqla 39 nəfər həyatını itirib. Qor əyalətində isə 30 nəfər terror qurbanı olub. 

  

%d bloqqer bunu bəyənir: