Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrıldı

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

APA xəbər verir ki, bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin layiqincə qeyd edilməsi üçün tədbirlər planını hazırlayıb həyata keçirmək məqsədilə Müsavat Partiyasının başqanı Arif Hacılının sədrliyi ilə  Təşkilat Komitəsi yaradıb.

Cumhuriyyetin 100 ili

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: