Arif Hacılı Müsavat AKM-i təbrik etdi

Müsavat başqanı Arif Hacılı Avropada Azərbaycandan mühacirət etmiş vətəndaşların (əksəriyyət müsavatçılardır) koordinasiya olunduğu, ən fəaliyyətli siyasi təşkilat kimi tanınan Müsavat AKM-in(Avropa Koordinasiya Mərkəzinın) yaradılmasının 1 illiyi münasibəti ilə təbrik edib.

Arif Hacılı bu barədə öz “Facebook” səhifəsində yazıb.

“Brüsseldə qərar verib, Frankfurtda təsis etdiyimiz Müsavat AKM təşkilatı qısa müddətdə bütün Avropada Azərbaycan naminə fəaliyyət göstərən ən ciddi təşkilata çevrildi.

Müsavat AKM 1 illik fəaliyyəti ərzində Azərbaycanda demokratiya uğrunda fəaliyyət göstərən əsas təşkilatlardan biri olduğunu təsdiq etdi.

Sədr İlham Həsən başda olmaqla Müsavat AKM üzvlərini təbrik edirəm. Hər birinizə böyük uğurlar, demokratik Azərbaycana dönüş arzulayıram.” -Arif Hacılı bildirib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: