“İlham Əliyevin təbirincə “qeyri- neft sektoru inkişaf edir” -Arif Hacılı

Belə görünür ki, hakimiyyət qeyri-neft sektoru gəlirlərindən danışarkən, cərimələrin növlərinin və miqdarının artırılmasından olan gəlirləri nəzərdə tutur.

Bu gün İctimai nəqliyyatla işə gələn Müsavat başqanı Arif Hacılı müşahidə etdikləri barədə öz “Facebook” səhifəsində yazıb.

Xalqımız çox istedadlıdır.

Marketdə, çayxanada, ictimai nəqliyyatda elə maraqlı sözlər, aforizmlər eşidirsən ki, hökumətin 10 TV kanalında heç vaxt beləsini eşitməzsən.

Avtobusla işə getdiyim zaman yol kənarında park edilmiş maşınların cərimə meydançasına götürülməsinin şahidi oldum.

Kimsə: ” Qeyri neft sektoru inkişaf edir”- dedi.

Xalqın gözü tərəzidir.

Belə görünür ki, hakimiyyət qeyri-neft sektoru gəlirlərindən danışarkən, cərimələrin növlərinin və miqdarının artırılmasından olan gəlirləri nəzərdə tutur.

Hətta sovet dövründə mövcud olan istehsal sahələri bağlanıb. Zavodlar, fabriklər, başlıcası isə hakimiyyəti narahat edən çoxsaylı, kompakt əmək kollektivləri yoxdur.

Bərabər imkanlar, azad rəqabət kimi mühüm prinsiplərdən danışmağa da dəyməz. “Naz Lifan” alınmadı, “İsma Bikes” açılmamış bağlandı.

Qiymətlər, vergilər, cərimələr isə durmadan artır.

Hakimiyyət xalq üçün çalışmalı olduğu halda, xalq hakimiyyətin qulluqçusu olmağa məhkum edilib.

İlham Əliyevin təbirincə “qeyri- neft sektoru inkişaf edir”.

Yenə xalqın son ehtiyatlarının əlindən alınması, yoxsulların daha da yoxsullaşması hesabına…

Daha itirəcəyimiz bir şey də qalmadı.

Dur deməliyik.

Bu vətən bizimdir!

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: