Vicdan məhbusunun gözlərinin tutulmaq təhlükəsi var

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Jurnalist Araz Quliyevlə (xeber44.com saytının baş redaktoru) birgə həbs edilən inanclı fəal Kazımov Xalidin səhətində çiddi problemlər yaranıb.

Yaxınlarının “Basta” ya  verdiyi məlumata görə Xalidin gözləri tutulmaq üzrədir. Öd kisəsindəki, ağrılarından yata bilmir. Siyasi məhbus Xalid Kazımovun yaxınları Hüquq müdafiəçilərindən, jurnalistlərdən kömək gözləyir.

Qeyd edək ki, Masallı dindarları və Baş Redaktor Araz Quliyev 2012-ci il sentyabr ayında Masallı rayonunda şərlənərək həbs olunublar. Onlar beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə ittiham olunublar.

Jurnalist Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: