Xırdalanda müəmmalı atışma: İki şübhəli şəxs öldürüldü

Yenicag.az-ın yaydığı məlumatına görə, Xırdalan ərazisində cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma olub. Ölən və yaralıların olduğu bildirilir. 

Xırdalan şəhərində atışma xəbəri başqa mənbələr tərəfindən də təsdiqlənib.

“Report” xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.

Nəticədə onların hər ikisi zərərsizləşdirilib.  Məlumata görə, onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.

Öldürülən şəxslərin kimliyi haqqında məlumat verilmir. Əməliyyatın polis, yaxud DTX tərəfindən həyata keçirilditi də aydınlaşdırılmır.

Hüquq mühafizə orqanları hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib. 

 

%d bloqqer bunu bəyənir: