Müsavat noyabrın 3-də keçirəcəyi piketlə bağlı BŞİH-ə müraciət etdi

Müsavat Partiyası noyabrın 3-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirəcəyi piketlə bağlı paytaxt rəhbərliyinə müraciət edib. 

Partiyanın mətbuat xidmətindən “Basta”ya təqdim olunan məlumata görə, müraciətdə bildirilir ki, 21 oktyabr 2017-ci il tarixli küçə yürüşünün keçirilməsinin təhlükəsizliyinə təminat verilmədiyinə etiraz olaraq, Müsavat noyabrın 3-də saat 16:00-dan 16:30-dək Bakı şəhər İcra Hakimiyyətinin qarşısında “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!”, “Kütləvi aksiyaların keçirilməsinə qoyulan məhdudiyyətlər ləğv edilsin!” və digər şüarlarla piket keçirəcək. 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: