Avropa Şurası Azərbaycanla bağlı misli görünməmiş məhkəmə prosedurlarına başlayır

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun işi üzrə qərarının icrasının təmin edilməsi zərurəti ilə əlaqədar hüquqi tədbirlərə başlamaq niyyəti haqqında rəsmi bildiriş göndərib.

Nazirlər Komitəsinin 25 oktyabr tarixli iclasının yekunlarına dair press-relizdə xatırladılır ki, müxalif siyasətçi Məmmədovun həbsi və uzun müddət həbsxanada saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin pozulması ilə müşaiyət olunub. Xüsusən, məhkəmə müxalifətçinin təqibinin və saxlanılmasının faktiki məqsədinin Konvensiyanın 18-ci maddəsinə (hüququn məhdudlaşdırılmasının tətbiqi hədləri) zidd olaraq hökumətin tənqidinə görə onu susdurmaq və ya cəzalandırmaq idi. Bu günə qədər AİHM 18-ci maddənin yalnız beş nəfər barəsində pozulduğuna qərar verib və İlqar Məmmədov istisna olmaqla, bütün bu hallarda ərizəçilər azad edilib.

Amma üç ildən çox vaxt keçməsinə baxmayaraq, Məmmədov hələ də həbsdədir.

Oktyabrın 25-də Nazirlər Komitəsi 2010-cu ildə tətbiq edilmiş, qərarın yerinə yetirilməməsinin konvensiyanın əlavə olaraq pozulması olub-olmadığı barəsində qərar qəbul etmək üçün işin yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılmasını nəzərdə tutan prosedurun başlaması haqqında qərar qəbul edib. “Bugünki müvəqqəti qətnamədə komitə Azərbaycana noyabrın 29-na qədər öz fikrini yazılı formada təqdim etmək imkanı verib. O vaxta qədər qərar qəbul edilməsə, Nazirlər Kabineti işi Avropa İnsan Hüquqları Məhkəməsinə verən növbəti müvəqqəti qətnamə dekabrın 5-də müzakirə edəcək”, deyə bəyanatda bildirilir.

Azərbaycanlı hüquq müdafiəçisi Rəsul Cəfərov hesab edir ki, Nazirlər Komitəsi bu proseduru işə salmaqda gecikib.

“Bəlkə də bu prosedur hökmün qüvvəyə minməsindən dərhal sonra və ya bundan bir müddət sonra işə salınsaydı, İlqar Məmmədov artıq azadlıqda olardı. Komitənin bugünki qərarı kontekstində Azərbaycan hakimiyyətini İlqar Məmmədovu azad etməyə çağırıram. Bu, Azərbaycanın milli maraqları nöqteyi-nəzərdən doğru addım olardı”, deyə Cəfərov Turan-ın müxbirinə bildirib.

ReAl hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. Şəhərə sakitlik bərpa olunduqdan sonra gəlməsinə baxmayaraq, Məmmədovu kütləvi iğtişaşların təşkilində, polisə müqavimətdə ittiham ediblər və 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər.

2014-cü ilin mayında AİHM İlqar Məmmədovun həsbinin və həbsxanada saxlanmasının Avropa Konvensiyasının bir çox müddəalarını pozduğu barədə hökm çıxarıb və onun azad edilməsini tələb edib. 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: