Goranboyda dəhşət: İşçiləri pambığa aparan avtobus körpüdən aşdı, xeyli yaralı var

Goranboyda avtobus körpüdən aşıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb. Xeyli yaralının olduğu bildirilir. Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, bundan əvvəl, sentyabrın 19-da Biləsuvar rayonunda həkimləri pambığa aparan avtobusun qəzaya uğraması nəticəsində həkimlər xəsarət almışdı.

Bastainfo.com  

%d bloqqer bunu bəyənir: