Arif Hacılı: “Planımız 2018-ci ildə hakimiyyətə gəlməkdir”

“Müsavat Partiyası 2018-ci ildə cəmiyyəti siyasi mübarizəyə maksimum səfərbər edib, seçki yolu ilə hakimiyyətin dəyişdirilməsini qarşısına hədəf qoyub. Planımız 2018-ci ildə hakimiyyətə gəlməkdir”.

Bu sözləri Müsavat başqanı Arif Hacılı bu gün partiyanın Səbail rayon təşkilatının genişləndirilmiş Şura iclasında çıxış edərkən söyləyib.

Arif Hacılı hakimiyyətin həm iqtisadi, həm də ciddi siyasi böhranla üzləşdiyinı, beynəlxalq aləmdə mövqelərini sürətlə itirdiyini qeyd edərək, qarşıdan gələn prezident seçkilərinin Azərbaycan cəmiyyəti üçün ciddi bir şans olduğunu vurğulayıb. 

Arif Hacılı öz çıxışında həm partiyanın, həm də hər bir üzvün qarşısında duran vəzifələrdən danışıb, müvafiq tapşırıqlar verib.

İclasda həmçinin təşkilati məsələlər müzakirə olunub, Divan üzvü Razim Əmiraslanlı, Səbail rayon təşkilatının sədri Zakir İsmayıl və digərləri çıxış ediblər. 

Bu slaydşou üçün JavaScript lazımdır.

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: