“Azərsun Holdinq”in sponsor olduğu verilişdə separatçıların mahnısı səsləndi – FOTO + VİDEO

Rusiyanın “Birinci” kanalında cümə günü efirə çıxan “Pole çudes” verilişində erməni dilində “Can Qarabağ” mahnısı səsləndirilib.

Verilişin iştirakçısı Xankəndini təmsil edən Georgi Qasparyan olub. O, barabanda hədiyyə sektoruna düşüb. Hədiyyəsini alandan sonra isə erməni oxumaq istədiyini bildirib və “Can Qarabağ “mahnısını ifa edib (06:45-dən baxın).

Qeyd edək ki, verilişin sponsorları arasında “Azərçay” da var və Yakuboviç efir zamanı Azərbaycan brendini iki dəfə reklam edib.

Bundan əlavə tanınmış aparıcı bir neçə dəfə Azərbaycanda olub, “Azərsun Holdinq”in rəhbərliyi ilə görüşüb və “Qarabağ” komandasının oyunlarını izləyib.

Belə nəticə çıxarmaq olar ki, Yakuboviçin Qarabağ münaqişəsi barədə məlumatı olmaya bilməz. Maraqlıdır ki, onun Bakıdan qayıdışından bir neçə gün sonra efirdə Qarabağa həsr olunmuş erməni dilində mahnı səsləndirilib.

oxu.az

%d bloqqer bunu bəyənir: