DTX “anti-terror əməliyyatı”nın videosunu yaydı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirdiyi son “anti-terror əməliyyatı”nın videosunu yayıb.

Həmin məlumatda vurğulanır ki, oktyabrın 27-də radikal-dini ekstremist birliyin üzvü olan Azərbaycan vətəndaşları həbs edilib:

“Suriya, İraq ərazilərində döyüşlərdə iştirak etmiş Həsrət Əliyev, Emil Nəsrullayev, Elşad Dadaşov və Zaur Eynalov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər”.

DTX bildirir ki, Azərbaycanda terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə üzrə aparılan işdə istintaq sirri ilə məhdudlaşmayan video-audio materiallar ictimaiyyətə təqdim ediləcək.

Ancaq saxlanan şəxslərin, onların vəkilləri və yaxınlarının bu açıqlamaya münasibətini, hələ ki, öyrənmək mümkün olmayıb. Sözü gedən şəxslərin ittihamı qəbul edib-etmədikləri bəlli deyil.

AzadlıqRadiosu

%d bloqqer bunu bəyənir: