Kataloniyanın sabiq lideri Carles Puigdemont demokratik müqavimətə səsləyir

İspaniya hökuməti Kataloniyanın muxtariyyətini ləğv etdikdən sonra bölgəyə yeni rəhbər olaraq Soraya Saenz de Santamaria-nı təyin edib.

Bölgə hökumətinin sabiq başçısı Carles Puigdemont mərkəzi hökumətin addımlarını pisləyərək demokratik müqavimətə səsləyib.

Cümə günü Kataloniya parlamenti müstəqillik lehinə səs verdikdən sonra İspaniya hökuməti yerli parlamenti buraxıb.

Eləcə də, Madrid bölgədə bilavasitə idarəçiliyin tətbiq olunacağını elan edib.

Soraya Saenz de SantamariaSoraya Saenz de Santamaria Kataloniyanın yeni rəhbəri təyin olunub

Mərkəzi hökumətə əsasən Kataloniya parlamentinə yeni seçkilər 21 dekabra təyin olunub.

Şənbə günü Madriddə keçirilən izdihamlı mitinq iştirakçıları İspaniyanın ərazi bütövlüyünə dəstək bildiriblər.

Baş nazir Mariano Rajoy Kataloniya hökumətinin başçısı Carles Puigdemont-un vəzifədən azad edildiyini deyib. O, həmçinin müstəqillik aktının qeyri-qanuni tanınmasına nail olacağını deyib.

Şənbə günü Madriddə keçirilən izdihamlı mitinq iştirakçıları İspaniyanın ərazi bütövlüyünə dəstək bildiriblər.

Cənab Puigdemont mübarizəni dinc şəkildə davam etdirməyə səsləyib.

Onun tərəfdarlarına əsasən müstəqillik elan olunandan sonra Kataloniya İspaniya yurisdiksiyasını tərk edib.

Cümə günü Kataloniya parlamenti müstəqillik lehinə qərarı dəstəkləyir

Lakin İspaniya prokurorları Kataloniya hökumət başçısına qarşı “üsyançı”lıqla bağlı maddə üzrə ittihamın irəli sürüləcəyini bildirirlər.

Çox güman ki, İspaniya məhkəməsi müstəqillik barədə qərarı Konstitusiyaya zidd addım tanıyacaq.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: