Müsavatçılar yenidən polis bölmələrinə çağırıldı – Yenilənib


Müsavat başqanının müşaviri, Müsavat Xaçmaz Təşkilatının fəalı Ramazan Əliyev bu gün səhər saatlarında Polis Bölməsinə aparılıb. “Basta” ya daxil olan son məlumata görə heç bir səbəb olmadan bölməyə aparılan, sorğu-sual edilən müsavatçı 2 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb. 

***

Müsavat başqanının müşaviri Elman Həsənli Səbail rayon Polis İdarəsinə çağırılıb. Ona İdarənin cinayət axtarış idarəsinin əməkdaşı Nicat Əliyev dindirib. Ona 28 oktyabr mitinqi və qohumları haqqında suallar verilib.

*** 

Müsavat Partiyasının fəalları yenidən Polis Bölməsində dindirildi.

Bu gün Müsavat Partiyası Qubadlı Rayon Təşkilatının fəalı Fəxrəddin Şəkərəliyev Qubadlı Rayon Polis İdarəsinə dəvət olunub. “Basta” ya məlumat verən Fəxrəddin Şəkərəliyev rəisin müavini İlham adlı şəxs tərəfindən sorğu-sual edildiyini, bölməyə çağırılmasının bu günkü mitinqlə bağlı olduğunu deyir.

“Onlar məni bir ay öncə də, bölməyə çağırmışdılar, bu gün də mitinqlə bağlı dindirdilər. Mitinqə getməyimi istəmədiklərini bildirdilər” – Fəxrəddin Şəkərəliyev əlavə edib.

Bu gün həmçinin Müsavat Partiyası Xaçmaz Rayon təşkilatının fəalı, başqan müşaviri Ramazan Əliyev də, bölməyə aparılıb. “Basta” ya bu barədə məlumatı Müsavatın Xacmaz Təşkilatının sədri Heybət Əmrah verib. Heybət Əmrah Ramazan Əliyevin bölməyə aparılmasının da, Milli Şuranın bu günə təyin etdiyi mitinqlə bağlı olduğunu hesab edir. 

Hal-hazırda Ramazan Əliyev Xaçmaz Polis idarəsində sorğu-sual edilir.

Qeyd edək ki, dünən Müsavatın Səbail Təşkilatının fəalı Füzuli Vəziroğlu da, mitinqlə bağlı dindirilib. Onunla ailə üzvləri barədə sorğu-sual edilib.

Bir neçə gün öncə isə Müsavatın Səbail Təşkilatının sədri Zakir İsmayıl Polis Bölməsində dindirilib.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: